x
Sifariş
X

Qaydalar

Biletin alınması müştəri və “CinemaPlus”la arasında müqavilə bağlanması anı hesab edilir və həmçinin bizim kinoteatrlar şəbəkəsinin baş çəkmək Qaydalarını razılaşdırır. Kinoteatra gələn istənilən şəxs bilet almamışdan öncə bu Qaydalar ilə tanış olmaq hüququndadır.
HAZIRKI QAYDALARDA ƏKS OLUNAN HƏR HANSI BİR MƏHDUDİYYƏT VƏ QADAĞALAR KİNOTEATR ƏRAZİSİNDƏ İNSANLARIN VƏ ƏŞYALARIN, KİNOTEATRA GƏLƏN BAŞQA QONAQLARA VƏ ONLARIN MÜLKİYYƏTİNƏ VƏ KİNOTEATRIN MÜLKİYYƏTİNƏ ZƏRƏR TƏHLÜKƏSİNƏ SƏBƏB OLACAQ, FÖVQƏLADƏ HAL ZAMANI KİNOTEATRA GƏLƏN QONAQLARIN DƏRHAL EVAKUASİYASINA MANE OLACAQ HADİSƏLƏRİN QARŞISINI ALMAQ VƏ XƏBƏRDAR ETMƏK MƏQSƏDİLƏ MÜƏYYƏN OLUNUB.

1. Kinoteatr gələn müştərilər hüquqlarındadırlar:
1.1. “CinemaPlus” tərəfindən təqdim olunan bütün xidmət növlərindən azad şəkildə istifadə etmək.
1.3. Kinoteatr ərazisində xidmətlər haqqında tam və doğru məlumatın alınması, həmçinin, əlavə məlumatların.
1.4. Kinoteatrı günahı ucbatından nümayişin ləğv olunması, filmin dəyişdirilməsi və ya filmin keyfiyyətsiz nümayişi hallarında biletin məbləğinin müştəriyə ödənilməsi.
1.5..Kinoteatr qonaqlarının iş vaxtı ərzində kinoteatrın xidmətlərinin reallaşdırılması ilə bağlı kinoteatrın administrasiyasına iddia müraciətləri etmək hüquqları var.

2. Qonaqları öhdəliyinə götürür: Kinoteatrın ərazisində olduqları andan və ərazini tərk edənədək:
2.1. Hazırkı Qaydalara əməl etmək
2.2. Seansın sonunadək bileti saxlamaq
2.3. İctimai intizama riayət etmək
2.4. Kinoteatrın və kinoteatrın başqa qonaqlarının mülkiyyətinə ehtiyatla davranmaq, kinoteatr ərazisində və tamaşaçı zallarında təmizlik və intizama riayət etmək

3. Kinoteatr qonaqlarına qadağandır:
3.1. Kinoteatra işçi və ya çirkli geyimdə gəlmək, həmçinin yüklə, əhəmiyyətli dərəcədə qonaqları və kinoteatrın interyerini çirkləndirəcək, başqa halda kinoteatrın mülkiyyətinə, kinoteatrın qonaqlarına və/və ya onların mülkiyyətinə və ya bu cür zərər yetirməsinə səbəb olacaq təhlükə yaradacaq əşya və məhsullar ilə kinoteatra gəlmək.
3.2. Kinoteatra alkoqollu, narkotik və zəhərləyici keflənmiş vəziyyətdə gəlmə.
3.3. Kinoteatra heyvanlarla gəlmək
3.4. Tamaşaçı zalına kinoteatrdan kənarda alınmış istənilən qablaşdırmada pivə və alkoqolsuz içkilər, içkilər və şüşə qablaşdırmada ərzaq keçirmək
3.5. Kinoteatra odlu, qazlı, pnevmatik və soyuq silah, partlayıcı qurğu və pirotexnika, qaz balonları keçirmək.
3.6. Tezalışan, partlayıcı, zəhərləyici, ləkələndirici və pis qoxu verən əşyalar və maddələr keçirmək
3.7 Közərməsi nəticəsində tütün və başqa halda tütün məhsullarının tüstünün nəfəsə alınması məqsədilə çəkmə, sovurma, çeynəmə, tütün məhsullarını iynəmək, həmçinin elektron siqaretlərindən tamaşaçı zallarında, foye, kassa vestibülündə, tualet otaqlarında və başqa istənilən məkanda və xüsusi olaraq çəkmək üçün təyin olunmamış və ayrılmamış zonalarda kinoteatr ərazisində istifadə etmək.
3.8. Tamaşaçı zalına, tamaşaçıların kinofilm nümayiş zamanı hərəkətinə və yanğın və ya fövqəladə hal zamanı maneə olan, əngəl yaradan iri çantalar, qutular, çamadan və başqa əşyalar keçirmək. Hansıların ki, ölçüləri - uzunluğu, eni və hündürlüyü 120 santimetri keçməməlidir.
3.9. Tamaşaçı zalında film nümayişi zamanı foto və videoçəkiliş aparmaq, həmçinin kinoteatrın administrasiyası ilə razılaşdırmadan kinoteatrın ərazisində çəkiliş aparmaq.
3.10. Seans zamanı söndürülməli olan radiotelefon əlaqə vasitələrindən seans zamanı istifadə etmək.
3.11. Seans zamanı sakitçiliyi pozmaq, səs effektləri yaradan və nümayişə mane olan əşyalardan istifadə etmək.
3.12. Zalda, alınmış biletdə sıra və yer nömrəsinə uyğun olmayan yerləri tutmaq.
3.13. Tamaşaçı zallarını zibilləmək və müxtəlif əşyaları tullamaq (qablaşdırma, saqqız, şüşə, salfet, ərzaq qalıqları və s.), həmçinin, kinoteatr ərazisində əşyaları, çantaları, paket və başqa əl yüklərini nəzarətsiz qoymaq.
3.14. Kinoteatr ərazisində skeytbordda, samokatda, roliklərdə və ya velosipeddə və başqa piyada olmayan üsullarla hərəkət etmək.
3.15. Kinoteatr administrasiyası ictimai intizamın pozulması və kinoteatrın mülkiyyətinə zərər vurulması hallarında tamaşaçını nümayişə buraxmamaq və ya zaldan çıxarmaq hüququna malikdir.

4. Biletlərin alınması və bron edilməsi qaydaları:
4.1. Tamaşaçı alınmış biletləri və qaytarılmış qalıq pulu bilet satılan kassadan ayrılmadan saymalıdır. Bilet alışından sonra pul iddiaları nəzərə alınmır.
4.2. Müştərinin öz günahı ucbatından gecikdiyi seansa görə bilet qaytarılmır və dəyişdirilmir. Bu halda tamaşaçı seansın başlanma vaxtından keçmiş vaxtdan izləyə bilər.
4.3. Bron seansdan 30 dəqiqə əvvəl çıxarılır və ümumi satışa çıxarılır.
4.4. Əvvəlcədən bronlanmış biletin alışı zamanı, həmçinin İnternet vasitəsilə alışdan öncə, ödəniş etməzdən əvvəl filmin, tarixin, seansın vaxtı və seçilmiş yerin düzgün seçildiyinə əmin olmaq lazımdır.
4.5. Əgər istədiyiniz yerlər İnternet vasitəsilə artıq bron olunubsa və ya alınıbsa, bron qonşu yerlər üçün həyata keçirilir.
4.6. Əgər İnternet üzərindən bilet bronlanması şərtləri müştəri tərəfdən gözlənilməyibsə və ya kinoteatrın kassasına şəxsən müraciət edərkən istədiyiniz yer mümkün olmadığı halda, buna görə kinoteatrın administrasiyası məsuliyyət daşımır.
4.7. “CinemaPlus” administrasiyası biletlərin satışından imtina edir:
Aşkar alkoqollu və narkotik keflənmə əlaməti olan şəxslərə;
İctimai yerlərdə, o cümlədən, kinoteatrda davranış qaydalarını pozan şəxslərə;
4.8. Müştəri bilet alarkən, avtomatik hazırkı sənəddə yer alan qaydalar ilə razılaşmış olur.

5. Buraxılış rejimi
5.1. Tamaşaçı zalına daxil olma seansa 5 dəqiqə qalmışdan tez olmayaraq başlayır.
5.2..Tamaşaçı zalına daxil olma bilet alınmış seansa uyğun olaraq icazə verilir.
5.3. Nəzarət xəttini keçməyən bilet etibarsız sayılır.
5.4. Nəzarət üçün bilet tamaşaçı tərəfdən seansın sonunadək saxlanılmalıdır.
5.5. Tamaşaçının seans zamanı zalı tərk etdiyi halda və zala geri qayıtdığı halda nəzarətçi bilet təqdim etmək hüququndadır.
5.6. Kinoteatrdan kənarda alınmış qida və içkilər ilə zala daxil olma qadağandır.

6. 3D eynəklər
6.1. 3D eynəklər bilet təqdim olunduqdan sonra kinozala daxil olarkən nəzarətçi tərəfdən hər tamaşaçı üçün 1 ədəd birdəfəlik dezinfeksiyalı salfetlər ilə komplektdə verilir.
6.2. Eynəkləri zala daxil olarkən verilmiş xüsusi salfet ilə silmək lazımdır.
6.3. 7 yaşınadək uşaqlar 3D filmlərinin nümayişinə yalnız bilet ilə buraxılır.
6.4. Əgər siz adi eynək taxırsınızsa, onda 3D eynəklərini eynək üzərindən dioptriyalar ilə taxa bilərsiniz. Bu halda 3D eynəklərinin çərçivəsini adi eynəklərin çərçivəsinə ilişdirmək lazımdır.
6.5. Eynəkləri film başlayanda taxmaq lazımdır.
6.6. Film bitdikdən sonra dərhal eynəkləri çıxarmaq lazımdır.
6.7. Eynəklərin çərçivələrini və qulağa keçən hissələrini əymək qadağandır.
6.8. Eynəklərin şüşələrinə əl vurmaq və basmaq qadağandır. Bu eynəklərin qaçılmaz sınmasına gətirib çıxaracaq.
6.9. Eynəkləri digər əşyalar ilə bir yerə qoymaq qadağandır.
6.10. Zaldan çıxarkən 3D eynəklərini nəzarətçiyə qaytarmaq lazımdır.

7. Kinoteatr administrasiyası hüququna malikdir:
7.1. Repertuar siyasətini və bilet qiymətlərini müəyyən etmək
7.2. Güzəştli tarif ilə bilet satışı olarkən və ya alıcının yaşını müəyyən etmək lazım olduqda, alıcının şəxsiyyət vəsiqəsini təqdim etməyi tələb etmək.
7.3. Hazırkı Qaydaların, ümumi qəbul olunmuş qayda və davranış normaların (ədəbsiz söyüş, aqressiv davranış, seans zamanı zalda sakitliyin pozulması, səs effekti yaradan və tamaşaçılara mane olan digər əşyalardan istifadə etmək) pozulması zamanı kinoteatrın əməkdaşları bu cür qonağı kinoteatrdan çıxarmaq hüququna malikdirlər.

8. Məhdud imkanlı insanlar üçün məlumat.
Əgər siz fiziki məhdud tamaşaçı üçün bilet əldə edirsinizsə, bu halda kassirə məlumat verin.

Fiziki məhdudiyyəti olan şəxslər üçün daha da rahat şərait yaratmaq üçün, Sizdən xahiş edirik onların gəlişi ilə əlaqədar olaraq qabaqcadan kinoteatrın növbətçi administratoruna saat 10:00-dan 18:00-dək + 994 (050) 264-55-55 telefon nömrəsinə zəng vurmaqla məlumat verəsiniz.

Поделиться