x
Sifariş
X

Vakansiyalar

Vəzifə: SƏTƏM üzrə Mütəxəssis
Şöbə/ Department: Təhlükəsizlik departamenti

Vəzifə öhdəlikləri

- Müəssisədə əməyin mühafizəsi və texniki təhlükəsizlik işinin təşkili, əlaqələndirilməsi və planlaşdırılması, əməyin mühafizəsinin vəziyyətinə, uçotuna, təhlilinə nəzarətin təşkili üzrə tədbirlər planı hazırlayır;
- Müəssisənin bölmə rəhbərləri və mütəxəssislərlə əlaqəli şəkildə müəssisədə əmək şəraitinin və əməyin mühafizəsinin daha da yaxşılaşdırılması üzrə illik tədbirlər planı hazırlayır və təsdiq olunması üçün rəhbərliyə təqdim edir;
-Müəssisənin bölmə rəhbərləri və mütəxəssisləri ilə birlikdə yuxarı təşkilatların və nəzarət orqanlarının əməyin mühafizəsi üzrə göstərişlərinin yerinə yetirilməsi, yoxlamalar nəticəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə tədbirlər planı hazırlayır və baxılması üçün rəhbərliyə təqdim edir;
-İstehsalat xəsarətlərinin profilaktikasını və əmək şəraitinin yaxşılaşdırmasını təşkil edir;
- Müəssisənin bölmə rəhbərləri ilə birlikdə istehsalat xəsarətlərini təhlil edir və istehsalat xəsarətlərinin qarşısının alınması üçün tədbirlər görür;
-Müəssisənin bölmə rəhbərləri və mütəxəssisləri ilə birlikdə köhnəlmiş mühafizə vasitələrinin təkmilləşdirilməsi, yeni vasitələrin tətbiqi haqqında təkliflər hazırlayır (çəpərləmə, müdafiə qurğuları, ventilyasiya sistemləri, işıqlandırma, işarəvermə və s.);
- İşçilərin təhlükəsizliyinin təmin edilməsi üzrə qabaqcıl təcrübəni öyrənir və bu təcrübənin müəssisədə tətbiq olunmasını təşkil edir;
-Əməyin mühafizəsinin öyrədilməsini və təbliğini təşkil edir, əməyin mühafizəsi üzrə məşğələlərin keçirilməsi, işçilərin ƏM üzrə biliklərinin yoxlanmasını təşkil edir və bu işin cədvəlini hazırlayır;

Vəzifəyə olan tələblər:

- Ali texniki təhsilinin olması;
- SƏTƏM və ya əməyin təhlükəsizliyi üzrə ən 1 il iş təcrübəsinin olması;
- SƏTƏM üzrə tələb olunan uyğun sertifikatların olması;
- Azərbaycan və rus dillərini sərbəst bilməli, İngilis dilindən anlayışı olmalı

Yaş: 25-45
Cins: Kişi
Maaş: (Net) Razılaşma ilə

İş qrafiki: 6 Günlük
Digər şərtlər: Nahar şirkət hesabına

E-mail: karyera@cinemaplus.az

CinemaPlus – Kassir

İş rejimi: 8 saat (sürüşkən qrafik)

İş növü: kinoteatrda bilet satışı

İstirahət: həftə içi 1 gün

Tələblər:

1) Aze, Rus, dillərini yaxşı bilmək

2) Kompyuterlə işləmək bacarığı

3) Gərgin iş rejimində işləmək bacarığı

4) Daima gülərüz və işə pozitiv yanaşmaq

5) Müştəri ilə davranış bacarığı

Поделиться