“CinemaPlus”

CinemaPlus şəbəkəsinə 6 kinoteatr, 31 ekran və 3134 oturacaq daxildir.

Yüksək ölçülü 3D-kontentini nümayiş etdirmək imkanı olan rəqəmsal proyeksiya sistemi və yüksək keyfiyyətli kinoekranlar ilə təchiz olunub. Həmçinin, gücləndirilmiş parlaqlıq və “Enhanced 4K Barco” dəqiq təsvirinə malikdir. Bütün bunlar və başqa amillər kinofilmləri ən yaxşı keyfiyyətdə nümayiş etdirmək imkanı yaradır.

“CinemaPlus” kinoteatrlar şəbəkəsinin tətbiq etdiyi “Platinum Movie Suites” konsepsiyası tamaşaçılara yüksək komfortlu, dəbdəbəli və dəridən hazırlanmış, söykənəcəyi tam arxaya açılan italyan kreslolarda film izləmək və kinoseans zamanı qida və içkilərin sifariş etmək imkanı yaradır.

Bundan əlavə “CinemaPlus” Azərbaycanda ilk dəfə Dolby Atmos texnologiyası tətbiq edib.

Səs müşayiətini kinoteatrın istənilən yerinə yerləşdirmək və yerini dəyişmək imkanı hesabına Dolby Digital Atmos film yaradıcılarına kinoda səsi yeni bir mərhələyə çıxarmaq imkan yaradır. Nəticədə tamaşaçı ekranda baş verənləri sadəcə izləmir, hadisənin mərkəzinə daxil olur.

“CinemaPlus” yeganə kinoteatr şəbəkəsidir ki, yerli dublyajın inkişafına investisiya edir və gündəlik olaraq bu filmlərə bir neçə seans ayırır. Dublyaj “Cinemazadeh” studiyasında peşəkarlar tərəfindən edilir.

CinemaPlus şəbəkəsinə 6 kinoteatr, 31 ekran və 3134 oturacaq daxildir

“CinemaPlus” genişlənmək üzrə öz strateji planlarının uğurlarını nümayiş etdirir və bütün Azərbaycan üzrə 6-dan artıq kinoteatr açacaq. Bununlada Qafqazda ən böyük kinoteatr şəbəkəsi olacaq.

“Platinum Movie Suites” zalında film izləməyiniz sizdə yaddan çıxmayacaq təəssürat saxlayacaq. Bu premium-zalın konsepsiyası tamaşaçılara yüksək komfortlu, dəbdəbəli və dəridən hazırlanmış, söykənəcəyi tam arxaya açılan italyan kreslolarda film izləmək və kinoseans zamanı qida və içkilərin sifariş etmək imkanı yaradır.

“CinemaPlus” öz qonaqlarına müxtəlif üsullarla rahat bilet əldə etmək imkanı yaradır: kinoteatrın www.cinemaplus.az rəsmi saytından, İOS və Android əməliyyat sistemləri vasitəsilə idarə olunan smartfonlar üçün təzəlikcə buraxılmış mobil əlavələrin köməyi ilə və ya şəxsən kinoteatrın bilet kassalarında əldə etməklə.