FAQ
+Dolby Atmos formatı nədir?

Dolby Atmos səs effektlərini yeni müstəviyə çıxarır, hansı ki, tamaşaçılara təkcə səsin istiqamətini deyil, həmçinin səsin mənbəyinin vertikal mövqeyini hiss etmək imkanı yaradır. Belə halda yağışın səsi həqiqətəndə tavandan gəlməyə başlayır, qatarın yaxınlaşmasından isə yer titrəməyə başlayır. “Formula Kino” və “Kronverk Sinema” birləşmiş şəbəkəsinin zalları Dolby Atmosun ilk Rusiya instalyasiyası olmuşdur.

Ətraflı məlumat linkdə

+Əgər mənim yaşım, filmin yaş məhdudiyyətinə uyğun deyilsə, necə olacaq?

Kassirlərin sizi buraxmamaq və ya bilet satmamaq hüquqları var. Qanuna görə 12+ kateqoriyalı filmlərə 6 yaşdan yuxarı uşaqların gəlmək hüquqları var, lakin valideynlərin müşayiəti ilə!

+Filmin posteri çox xoşuma gəlib, onu götürmək olar?

Mümkündür, əgər o mövcud olarsa. Posteri götürmək üçün, kinoteatrın administratoruna müraciət etmək lazımdır, onlar sizə mütləq kömək edəcəklər!

+Sizdə loyallıq proqramı var?

Bizdə “CineClub” bonus kart proqramı fəaliyyət göstərir. Bonus proqramının şərtlərini öyrənmək üçün linkə keçin:

+Bilet neçəyədir?

Biletin qiyməti, kinoteatrdan, formatdan, vaxtından və həftənin günündən asılıdır. Bütün qiymətlər bizim cədvəldə aktualdır. Biletin qiymətini öyrənmək üçün, sizi maraqlandıran filmi, formatı, həftənin günün və vaxtını linkdən seçmək lazımdır:

+Sabah/ ertəsi gün / bir həftə sonra hansı filmlər nümayiş olunacaq? Saytda cədvəl yoxdur!

Gözləyin, cədvəl mütləq olacaq! Adətən cədvəl gün ərzində çərşənbə günü yenilənir.

+Bu gün hansı filmlər nümayiş olunur?

Məlumat bizim saytda qeyd olunub: http://www.cinemaplus.az

+Uşaq və ya yeniyetmə böyüklər üçün filmlərə gedə bilərmi?

Siz filmə ancaq valideynlərin müşayiəti ilə gedə bilərsiz.

+CinemaPlus kinoteatrlar şəbəkəsində hazırda hansı aksiyalar qüvvədədir? Hansı endirimlər var?

Bizim bütün aksiya və endirimlərimiz haqqında məlumatla linkdən tanış ola bilərsiz:

+Saytda onlayn bilet ala bilmədim, indi isə bütün yerlər tutulub, nə etmək olar?
+Əks əlaqə

Sizin kinoteatrın və bütünlüklə şəbəkənin işinə aid bütün arzu istəklərinizi, qeyd və fikirlərinizi info@cinemaplus.az elektron poçtuna göndərə bilərsiniz. Hər bir müraciət imkan daxilində ən qısa zamanda işləniləcək və işdə nəzərə alınacaq.